“Judo Club 2012”nin yeniyetmələri Avropa Kubokunda 4 medal qazandılar

4.jpg

 

     Mayın 3-4-də Quba Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Avropa Kuboku turniri keçirilib.

İki gün davam edən yarışda “Köhnə qitə”nin 12 ölkəsindən 354 (213 oğlan, 141 qız) cüdoçu qüvvəsini sınayıb.

Ölkəmiz yarışı 3 qızıl, 6 gümüş və 9 bürünc medalla başa vuraraq komanda hesabında ikinci yeri tutub. Mükafatçılar sırasında “Judo Club 2012”nin yeniyetmə cüdoçuları da yer alıblar. Klubun üzvləri yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, istedadlı idmançı Zeyd Ələsgərov (-60 kq) bütün görüşlərdə inamla çıxış edərək Avropa Kubokunun qızıl medalına layiq görülüb. -73 kq çəki dərəcəsində isə klubun iki nümayəndəsi medal qazanaraq fəxri kürsüyə yüksəlib. Səid Şərifov gümüş, Məhəmməd Ağakişiyev isə bürünc medala sahib çıxıb. Növbəti bürünc medalı isə klubun aktivinə +90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Tunar Fərzəliyev yazdırıb.

Oxunma sayı: 20 2025-05-04 21:28:52