“Judo Club 2012”nin yetirmələri Azərbaycan birinciliyini 2 bürünc medalla başa vurdular

2.jpg

 

     Yanvarın 24-27-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 616 (502 oğlan, 114 qız) cüdoçu qüvvəsini sınayıb. Yeniyetmə cüdoçular turnirin ilk iki günündə fərdi, sonuncu günündə isə qarışıq komanda yarışlarında mübarizə aparıblar. “Judo Club 2012”nin cüdoçuları da fərdi yarışlarda iştirak edərək, 2 bürünc medala sahib çıxıblar. Bürünc medalları klubun üzvlərindən Mehdi Cəfərov (66 kq) və Aytac Yolçuzadə (44 kq) qazanıblar. Qaliblər diplom və medallarla təltif olunublar.

 

 

Oxunma sayı: 347 2023-01-28 15:04:21