“Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qızıl medalını qazandı

9.jpg

 

Oktyabrın 22-23-də Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçirilib. Yarışda 15 ölkəni təmsil edən 184 (129 kişi, 55 qadın) idmançı mübarizə aparıb. Turnirdə 3 cüdoçu ilə təmsil olunan komandamız Riqada 1 qızıl və 1 gümüş medala layiq görülüb. Komandamıza qızıl medalı “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərov qazandırıb.  -66 kq çəki dərəcəsində tatami üzərinə çıxan klubun təmsilçisi ilk görüşdə İsrail idmançısını, növbəti mərhələdə isə niderlandlı rəqibini üstələyib. Yarımfinalda latviyalı rəqibini də məğlub edən idmançımız adını finala yazdırıb. Həlledici görüşdə digər israilli cüdoçuya qalib gələn Mehdi Cəfərov Avropa kubokunun qızıl medalına layiq görülüb. 
Azərbaycan yığmasına digər medalı isə Tamerlan Cabbarov qazandırıb. -90 kq çəki dərəcəsində yarışan idmançı gümüş medala sahib olub. 
Beləliklə, Azərbaycan komandası Avropa kubokununu 2 medalla 7-ci yerdə başa vurub. 
 

Oxunma sayı: 497 2022-10-26 14:40:28