Paytaxt birinciliyində bürünc medal

0.jpg

          "Sərhədçi" Idman Olimpiya Mərkəzində keçirilən kiçik yaşlı cüdoçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub. 2007-2009-cu illər təvəllüdlü cüdoçuların mübarizə apardığı yarış 3 gün davam edib. Paytaxt birinciliyində 73 klubdan 605 (558 oğlan, 47 qız) cüdoçu medallar uğrunda yarışıb. Şəhər çempionatında “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Klubumuzun təmsilçilərindən Məhəmməd Məmmədli turnirin bürünc medalına layiq görülüb. 

          Yarışda fərqlənən cüdoçulara medallar, Azərbaycan Cüdo Federasiyasının, Bakı Gənclər və İdman Baş İdarəsinin diplomları təqdim olunub.

 

Oxunma sayı: 1101 2019-03-08 12:01:01