Cüdoçularımız Azərbaycan çempionatında üçüncü oldular

5.jpg

 

     Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiilən böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatına dekabrın 17-də yekun vurulub.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda qadınlar və kişilər 14 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda Bakı və Sumqayıtla yanaşı, müxtəlif regionları təmsil edən 65 klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu qüvvəsini sınayıb.

Çempionatda uğurla çıxış edən “Judo Club 2012”nin cüdoçuları yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar. Klubun üzvlərindən Camal Qamzatxanov (+100 kq) və Zeynəb Məmmədova (-52 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -73 kq çəki dərəcəsində çıxış edən İbrahim Əliyev yalnız finalda məğlub olaraq gümüş medala sahib olub. Bürünc medalları isə klubun aktivinə Hüseyn Allahyarov (-60 kq), Süleyman Əliyev (-73 kq) və Tuncay Şamil (-90 kq) qazandırıb.

Məhərrəm İmamverdiyev (-81 kq) və Əli Mahmudov (+100 kq) isə beşinci yerlə kifayətləniblər.

Ölkə çempionatını 6 medalla başa vuran “Judo Club 2012” klubu bu nəticə ilə komanda hesabında üçüncü yeri tutub.

Oxunma sayı: 108 2023-12-17 20:02:42