“Judo Club 2012”nin idmançıları mükafatçılar sırasında

3.jpg

 

     Noyabrın 2-3-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə Bakı şəhər çempionatı keçirilib. Paytaxtın 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 187 cüdoçunun mübarizə apardığı yarışda kişilər və qadınlar 14 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışda iştirak edən “Judo Club 2012”nin yetirmələri çempionatı 1 qızıl və 2 bürünc medala başa vurublar. Klubun aktivinə qızıl medalı -60 kq çəki dərəcəsində iştirak edən Hüseyn Allahyarov yazdırıb. Şamil Tuncay (-90 kq) və Məryəm Əlizadə (-48 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, gənclər arasında sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləviliyiə nail olmaq məqsədi ilə keçirilən yarış dekabrın 15-18-də qadınlar və kişilər arasında təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyıb.

 

Oxunma sayı: 135 2023-11-03 22:18:49