“Judo Club 2012”nin üzvü ilk dəfə olaraq dünya kata çempionatında təmsil olunub

7.jpg

 

     Azərbaycan cüdoçuları ilk dəfə olaraq dünya kata çempionatında iştirak ediblər. Oktyabrın 28-29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarışda komandamız 6 idmançı ilə təmsil olunub. Cüdoçularımız böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdiriblər. Yarışda iştirak edən Azərbaycan komandasının heyətində “Judo Club 2012”nin məşqçisi Rafiq Nəcəfov da yer alıb. O, katame-no-kata üzrə fəndləri icra edib. 
Qeyd edək ki, yarışda 35 ölkəni təmsil edən 285 idmançı mübarizə aparıb.

 

 

 

Oxunma sayı: 132 2023-10-30 21:40:33