“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında

0.jpg

          İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçiriləcək. Yarışda iştirak edəcək yığma komandanın tərkibində “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da yer alıb. Təmsilçimiz 16-17 yaşlı yeniyetmələrin yarışında mübarizə aparacaq.

          “Judo Club 2012”nin məşqçisi Namiq Pirverdiyevin yetirməsi olan Fidan Dadaşova yarışdan əvvəl Fransa, İtaliya, Çexiya, Ukrayna, Türkiyə, Rusiya, Misir, İran və Gürcüstanın nüfuzlu idmançıları ilə birgə beynəlxaq təlim-məşq toplanışında iştirak edəcək.

          “Qazaxıstan Open” turnirindən sonra Macarıstanın paytaxtı Budapeştdə karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turniri keçiriləcək. İyunun 16-20-də təşkil olunacaq nüfuzlu yarışda “Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

Oxunma sayı: 1105 2019-06-13 11:03:46