“Judo Club 2012”nin yetirmələri Xorvatiyadan 2 qızıl medalla qayıtdı

0.jpg

       Yanvarın 12-dən 14-dək Xorvatiyanın Samobor şəhərində yeniyetmələr və gənclər arasında karate (WKF) üzrə 27-ci beynəlxalq "Qran Pri" turniri keçirilib. Bu nüfuzlu ənənəvi turnirdə Azərbaycan idmançıları 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

       Seçmə komandanın tərkibində uğurla çıxış edən karateçilər arasında paytaxtımızın tanınmış idman klublarından biri olan “Judo Club 2012”-nin iki yetirməsi - Fərid Ağayev və Fidan Dadaşova da var. Hər iki idmançı 14-15 yaşlı yeniyetmələrin yarışında iştirak edib.

       Fərid çəkisi 52 kq-dək, Fidan Dadaşova 47 kq-dək olan idmançılar arasında turnirin qalibi olub, qızıl medala layiq görülüblər. 

       Onu da qeyd edək ki, Azərbaycanın Xorvatiya Rspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyiblər. Turnirdən sonra F.Qurbanov mükafatçıları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb.

       “Judo Club 2012” idman klubunun rəhbərliyi də Xorvatiyadan vətənə qızıl medalla dönən Fərid Ağayevi və Fidan Dadaşovanı yüksək nəticə münasibətilə təbrik edib, idman uğurlarını artırmaq üçün onlara və digər yeniyetmə idmançılara bundan sonra da dəstək veriləcəyini bildiriblər.

Oxunma sayı: 1048 2017-01-17 11:38:44