“Judo Club 2012”nin yetirməsi Avropa birinciliyində yarışacaq

0.jpg

 

       Fevralın 7-də Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşınadək karateçilərin isə 12-ci Avropa birinciliyi start götürəcək. Qitə birinciliyində 52 ölkəni təmsil edən 1155 karateçi qalib adı uğrunda mübarizə aparacaq. Yeni ilin ilk ciddi sınağında Azərbaycan  karateçiləri də qüvvələrini sınayacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandamız Macarıstanda 30 idmançı ilə təmsil olunacaq. Yığmamızın tərkibində yer alan idmançılar arasında “Judo Club 2012”nin yetirməsi Fərid Ağayev də var. Klubun istedadlı yetirməsi 16-17 yaşlı gənclər arasında -76 kq çəki dərəcəsinə yarışacaq. Fərid Ağayev Avropa birinciliyində mübarizəyə fevralın 8-də başlayacaq.

Qitə birinciliyinə fevralın 9-da yekun vurulacaq.

 

Oxunma sayı: 1163 2020-02-06 20:34:03