“Judo Club 2012”nin usta çüdoçuları Azərbaycan çempionatını 16 medalla başa vurub

15.jpg

 

       Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda 21 klubun tərkibində müxtəlif kateqoriyalar üzrə 78 veteran cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışda uğurla çıxış edən “Judo Club 2012”nin usta cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medala sahib çıxıb.

Klubun təmsilçilərindən Nadir Babayev (M-1, -73 kq), Anar Yusifli (M-1, -90 kq), Babək Hacıyev (M-3, -60 kq), Azər Cəfərov (M-5 , -81 kq), Yamən Fətiyev (M-5, +100 kq) və Arif Piriyev (M-7, +100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çingiz Səfərov (M-1, -90 kq), Namiq Dehbaşev (M-2, -73 kq), Ceyhun Hüseynov (M-2, -81 kq), Mahir Ağamirzəyev (M-3, -90 kq), Hafis Hacıyev (M-7, +100 kq) çempionatın gümüş medallarına layiq görülüb.

Klubun aktivinə bürünc medalları isə Məmməd Məmmədov (M-1, -81 kq), İlham Heydərov (M-2, -90 kq), Vasif İbrahimov (M-2, -100 kq), Mehman Koroğluyev (M-3, -60 kq) və Elxan Hüseynov (M-3, -66 kq) qazandırıb.

M-1 kateqoriyası üzrə -81 kq çəki dərəcəsində çıxış edən Elnur Eyvazov isə çempionatda beşinci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan çempionatını 16 (6 qızıl, 5 gümüş, 5 bürünc) medalla başa vuran “Judo Club 2012” klubu medalların əyarına görə ümumi komanda hesabında 22 klub arasında birinci olub. 4 qızıl və 1 bürünc medal qazanan DİN İC-in veteran cüdoçuları ikinci yerə layiq görülüb. Sumqayıtı təmsil edən usta cüdoçular isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub.

Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.

Qeyd edək ki, usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.

 

Oxunma sayı: 1157 2020-03-02 14:23:38