İmran İmanov (Cüdo bölməsi üzrə baş məşqçi)

0.jpg

 

İmran İmanov 23 fevral 1991-ci ildə anadan olub.

2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (indiki Azərbaycan İdman Akademiyası) təhsil alıb.

1999-cu ildə Rusiyanın Penza şəhərində cüdo idman növü ilə məşğul olmağa başlayıb. Rusiya çempionatının mükafatçısı olub, Saratov şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunun qalibi adını qazanıb.

2003-cü ildən etibarən Bakıda məşqlərini davam etdirib. Karyerası ərzində dəfələrlə respublika, beynəlxalq və Avropa kuboklarında qalib və mükafatçılar sırasında yer alıb.

Onun son böyük uğuru 2024-cü ildə Latviyada keçirilən usta cüdoçular arasında Avropa Kubokunda qızıl medal qazanaraq yarışın qalibi olmasıdır.

2016-cı ildən “Golden Judo İK” və “Əhmədli İK” idman klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Rəhbərliyi altında yetişən idmançılar Bakı, respublika və Avropa səviyyəli yarışlarda bir çox uğurlara nail olublar.

2025-ci ildən “Judo Club 2012” klubunda baş məşqçi kimi fəaliyyətini davam etdirir və gənc cüdoçuların peşəkar inkişafına töhfə verir.

Oxunma sayı: 18 2026-01-14 15:17:19