İntiqam Ələkbərov (Cüdo bölməsi üzrə məşqçi)

0.jpg

İntiqam Ələkbərov 1984-cü il fevralın 1-də Bakı şəhərində anadan olub.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
1994-cü ildən “Pəhləvan” İdman klubunda sambo və cüdo idman növləri ilə məşğul olmağa başlayıb.
Cüdo və sambo üzrə Azərbaycanın idman ustasıdır.
Sambo üzrə dəfələrlə Azərbaycan və beynəlxalq turnirlərin qalib və mükafatçısı, həmçinin Avropa çempionatının gümüş medalına layiq görülüb. 
Cüdo idman növü üzrə Azərbaycan çempiontının qalibi, usta cüdoçular arasında dünya və Avropa çempionudur. 
2015-ci ildən “Judo Club 2012”nin cüdo bölməsində məşqçi vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var. 

 

Oxunma sayı: 1929 2019-02-23 18:45:07