Nurcahan Əsgərova (Bədii gimnastika bölməsi üzrə məşqçi)

0.jpg

Nurcahan Əsgərova 1980-ci ildə Bakı şəhərində anadan olub.
1997-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (AzDBTİA) təhsil alıb.  
2000-2002-ci illərdə AzDBTİA-nın magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
1989-cu ildən bədi gimnastika idman növü ilə məşğul olmağa başlayıb.
Bədii gimnastika idman növü üzrə idman ustası normasını yerinə yetirib.
Yığma komandanın üzvü olub, 3 qat Azərbaycan çempionudur.   
Məşqçilik fəaliyyətinə 1997-ci ildən başlayıb. Müxtəlif illərdə Bakı Şəhər İxtisaslaşdırılmış Gimnastika Məktəbində və “Neftçi İdman Klubu” İctimai Birliyinin bədii gimnastika bölməsində baş məşqçi vəzifəsidə çalışıb.  
2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülüb.
Hazırladığı idmançılar arasında Avropa çempionatının gümüş mükafatçısı var.
2017-ci ildən “Judo Club 2012”nin bədii gimnastika bölməsində məşqçi vəzifəsində çalışır.

 
Oxunma sayı: 1947 2019-02-15 19:21:46