Mübariz Fərhad oğlu Cəfərov

2.jpg

“Judo Club 2012”nin direktoru: 

Mübariz Fərhad oğlu Cəfərov 18 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.
1983-cü ildən cüdo güləşi ilə məşğul olmağa başlayıb.
1992-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını məşqçi-müəllim ixtisası üzrə bitirib.
1993-cü ildən 2001-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi hərbi xidmət keçib. Ehtiyatda olan baş leytenantdır.
Cüdo üzrə idman ustasıdır. Keçmiş SSRİ birinciliklərinin, bir çox beynəlxalq turnirlərin, Azərbaycan çempionatlarının qalibi və mükafatçısı, həmçinin veteran ustalar arasında Avropa və dünya çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olub.
2005-ci ildən “İppon” idman klubunda baş məşqçi vəzifəsində çalışıb.
2021-ci ildə “Judo Club 2012”  idman klubunun direktoru vəzifəsinə təyin olunub.

Oxunma sayı: 1818 2021-01-05 12:53:00