Cüdomuzun növbəti parlaq uğuru

11.jpg

 

"Judo Club 2012"nin cüdoçularının şərəfinə Polşada Azərbaycan himni səsləndirildi 
 
     Noyabrın 15-də Polşanın Pila şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına start verilib. 36 ölkədən 321 (184 oğlan, 137 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası da mübarizə aparır.
Millimiz yarışda qadınlar və kişilər arasında 11 çəki dərəsində 15 (9 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur. Çempionatın ilk günü Azərbaycan komandası üçün 2 qızıl, 1 gümüş və 1 bürünc medalla yadda qalıb. Qızıl medalları komandamızın aktivinə "Judo Club 2012"nin idmançıları - Hüseyn Allahyarov (-60 kq) və Fidan Əlizadə (-57 kq) qazandırıb.
Cüdoçularımız şərəfinə Polşada Azərbaycan himni səsləndirilib, bayrağımız yüksəklərdə dalğalanıb.
Milli komandamızın digər üzvlərindən  Aydan Vəliyeva (-52 kq) gümüş, Rüfət Şövlətov (-73 kq) isə bürünc medala  sahib çıxıb. 
Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarına sabah yekun vurulacaq. Noyabrın 17-də isə idmançılar komanda yarışlarında güclərini sınayacaqlar.

Oxunma sayı: 125 2024-11-15 22:12:30