“Judo Club 2012” klubuna lisenziya verildi

0.jpg

 

     Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi “İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar”a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verilib.

Bu münasibətlə keçirilən tədbirdə ACF-in baş katibi Rəşad Rəsullu, həmçinin ölkəmizdə fəaliyyət göstərən klub və cəmiyyətlərin nümayəndələri iştirak edib. “Judo Club 2012”nin cüdo bölməsi üzrə məşqçisi Rafiq Nəcəfov da tədbir iştirakçıları arasında olub.

Tədbirdə tələb edilən sənədlər paketini tam şəkildə təqdim edən və qaydalarda müəyyən edilən meyarlara uyğun olan 21 idman təşkilatına ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 5 il müddətinə müvafiq lisenziya verilib. İdman təşkilatlarına müvafiq lisenziyaları ACF-in baş katibi Rəşad Rəsullu təqdim edib. “Judo Club 2012” klubuna da növbəti beş il müddətinə lisenziya verilib.

Lisenziya əldə edən idman təşkilatlarını təbrik edən R.Rəsullu klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasında əsas məqsədin Azərbaycanda cüdonun bütün aspektlərinin stimullaşdırılması ilə yanaşı, idman təşkilatlarının idarəetmə səviyyəsinin inkişaf etdirilməsindən ibarət olduğunu bildirib.

Görüş zamanı qeyd edilib ki, lisezniya verilmiş idman təşkilatlarının fəaliyyəti ilə bağlı vaxtaşırı olaraq monitorinq aparılacaq və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa federasiya verilmiş lisenziyaların geri alacaq.

 

Oxunma sayı: 484 2022-12-28 16:56:20