“Judo Club 2012”nin məşqçisi Kodokan Kata seminarında iştirak edib

13.jpg

 

     Sloveniyada Avropa Kata çempionatında mübarizə aparan Azərbaycan cüdoçuları Kadokan Kata seminarında iştirak ediblər. Seminar yaponiyalı Kadokan mütəxəssisləri Uemura Haruki (9-cu dan), Karya Çikara (6-cı dan), Dobya Yoşihiisa (8-ci dan) və Arikava Yuki (6-cı dan) tərəfindən keçirilib. Cüdoçularımız təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikatla təltif olunublar. 

Kadokan Kata seminarı bacarıqların təkmilləşdirlməsi, kata-nın dərindən öyrənmək üçün unikal imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.

Qeyd edək ki, seminarda iştirak edib, sertifikat alanlar arasında “Judo Club 2012”nin məşqçisi Rafiq Nəcəfov da var. O, həm “Nage-no-Kata”, həm də “Katame-no-Kata” üzrə imtahan verərək sertifikat alıb.

 

 

 

Oxunma sayı: 547 2023-06-17 12:14:04