"Judo Club 2012"nin qızları komanda yarışlarında da fərqləndilər

2.jpg

 

Abşeron Olimpiya İdman Kompleksində keçirilən 17 yaşadək  cüdoçular arasında Azərbaycan birinciliyinə dekabrın 21-də komanda yarışları ilə yekun vurulub. 
Son yarış günündə oğlanlar arasında 8, qızlarda isə 7 kollektiv qüvvəsini sınayıb. Komanda yarışlarında  mübarizə aparan "Judo Club 2012" klubunun qızlardan ibarət kollektivi bürünc medala sahib çıxıb. 
Xatırladaq ki, turnirin əvvəlki günlərində keçirilən fərdi yarışlarda klubun idmançılarından Məsumə Məmmədli (-70 kq) gümüş, Pəri Məmmədli (-63 kq) isə bürünc medala sahib çıxmışdı.

Oxunma sayı: 62 2025-12-21 17:42:27