“Judo Club 2012”nin təmsilçiləri Azərbaycan çempionatını 2 medalla başa vurdular

8.jpg

 

Dekabrın 2-5-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda ölkəni təmsil edən 68 klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 363 (285 kişi, 78 qadın) cüdoçu qüvvəsini sınayıb. Cüdoçular çempionatın ilk üç günündə fərdi, sonuncu günündə isə qarışıq komanda yarışlarında mübarizə aparıblar. Çempionatda ”Judo Club 2012”nin idmançıları da iştirak ediblər. Klubun təmsilçiləri fərdi yarışları 1 qızıl və 1 gümüş medalla başa vuraraq ümumi komanda hesabında üçüncü yeri tutublar. Komandanın aktivinə qızıl medalı Zelim Kotsoyev (100 kq) yazdırıb. Zeynəb Məmmədova (52 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.  

Qeyd edək ki, çempionatının keçirildiyi günlərdə ölkəmizdə cüdonun fəaliyyətindəki xidmətlərinə görə cüdo ailəsinin bir qrup üzvünə Azərbaycanda cüdonun yaranmasının 50 illiyi münasibəti ilə təsis edilən yubiley medalları təqdim olunub.  

 

Oxunma sayı: 152 2022-12-05 23:39:23