“Judo Club 2012”nin üzvü ilk dəfə olaraq Avropa Kata çempionatında iştirak edir

4.jpg

 

     Bu gün Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında Avropa Kata çempionatına start verilib. 
21 ölkədən 300-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da ilk dəfə olaraq təmsil olunurlar. Komandamız yarışda 6 idmançı ilə mübarizə aparacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək. Yığmamızın heyətində “Judo Club 2012”nin məşqçisi Rafiq Nəcəfov da yer alıb. O, tori (hücum edən idmançı) üzrə fəndləri yerinə yetirəcək.  
Qeyd edək ki, cüdoçularımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.
Turnirə iyunun 13-də yekun vurulacaq. Növbəti gün isə Podçetrtek şəhərində Kodokan seminarı keçiriləcək.

 

 

 

Oxunma sayı: 628 2023-06-12 16:34:38