"Judo Club 2012"nin üzvü Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək

2.jpg

 

     Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
Ölkəmizi cüdo yarışlarında 9 çəki dərəcəsi üzrə 2 qadın və 7 kişi idmançı təmsil edəcək.
Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən, olimpiadada ölkəmizi təmsil edəcək idmançılar arasında "Judo Club 2012"nin üzvü Zelim Kotsoyev də yer alıb. Dünya çempionumuz Paris-2024-də -100 kq çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

Oxunma sayı: 198 2024-07-01 20:14:19