“Judo Club 2012"nin üzvü Varşavada çempion oldu

4.jpg

 

     Ölkəmizin tanınmış idman qurumlarından olan “Judo Club 2012”nin yetirmələri uğur estafetini layiqincə davam etdirirlər. Bu günlərdə klubun ünvanına növbəti qələbə xəbəri gəlib. Belə ki, fevralın 24-25-də Polşada keçirilən Varşava Açıq Avropa turnirində klubun üzvü Məhərrəm İmamverdiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -81 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz ardıcıl olaraq Qazaxıstan, Ukrayna, Polşa və Almaniya idmançılarını məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə irlandiyalı Maksim Triquba da qalib gələn cüdoçumuz qızıl medala layiq görülüb. 
Azərbaycan yığmasına bürünc medalı isə +100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov qazandırıb. Beləliklə, 1 qızıl və 1 bürünc medal qazanan millimiz medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 5-ci olub.

Oxunma sayı: 160 2024-03-06 13:49:50