“Judo Club 2012”nin yetirmələri Türkiyədən 16 medalla qayıdıblar 

20.jpg

 

Türkiyənin İstanbul şəhərində yeniyetmə cüdoçular üçün beynəlxalq təlim məşq-toplanışı və açıq turnir təşkil olunub. 
Sentyabrın 26-dan 30-dək keçirilən hazırlıq prosesində “Judo Club 2012”nin yetirmələri də iştirak ediblər. Klubun yeniyetmə cüdoçuları 5 gün davam edən təlim-məşq prosesində fiziki, texniki və taktiki hazırlıq səviyyələrini artırmağa çalışıblar.  
Klubun üzvləri hazırlıq prosesindən sonra İstanbulda keçirilən beynəlxalq turnirdə güclərini sınayıblar. Oktyabrın 1-də təşkil olunan yarışda Türkiyə, Gürcüstan, Moldova, Bolqarıstan və Azərbaycanı təmsil edən 200-ə yaxın cüdoçu mübarizə aparıb. “Judo Club 2012”nin baş məşqçisi Zaur Paşayev və məşqçi Rafiq Nəcəfovun rəhbərlik etdiyi heyətdə klubun 23 idmançısı və həkimi Məhəmməd Hüseynzadə yer alıb. Klubun yetirmələri yarışı 8 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurub. Qızıl medalları komandamıza Ceyhun Dadaşov, Riyad Mustafazadə, İbrahim Qocayev, Tural Məcidunov, Zeyd Əsədullayev, Məhəmmədəli Cəfərov, Cavidan İsmayılzadə Məhəmməd Məhərrəmov qazandırıb. Fətəli Qəşəmli, Suad Əsədullayev və Ammar Məmmədov gümüş medallara sahib olub. Bürünc medallara isə Gülsüm Məmmədova, Əli Namazov, Eldəniz Sadıqov, Mahmud Əhmədov və Hafiz Nəsirov layiq görülüb.  
Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar. 


 

Oxunma sayı: 388 2022-10-04 19:21:15