“Judo Club 2012”nin yetirməsi Poznanda bürünc medal qazandı

3.jpg

 

     Aprelin 15-16-da Polşanın Poznan şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçirilib. 24 ölkədən 417 (248 oğlan, 169 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Poznan sınağında 20 (15 oğlan, 5 qız) idmançı ilə təmsil olunan komandamız 1 gümüş və 5 bürünc medala sahib çıxıb. Mükafatçılar arasında “Judo Club 2012”nin yetirməsi Süleyman Əliyev də yer alıb. -73 kq çəki dərəcəsində tatami üzərinə çıxan klubun istedadlı yetirməsi yarışları bürünc medalla başa vurub. Mübarizəyə 1/16 finaldan başlayan S.Əliyev ardıcıl olaraq Almaniya, Fransa və Ukrayna idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə italiyalı rəqibinə uduzan idmançımız bürünc medal uğrunda görüşdə Appenin yarmadasının digər təmsilçisi Vinsenzo Pelliqraya qalib gələrək üçüncü yeri tutub.   

 

 

Oxunma sayı: 650 2023-04-16 22:40:53