Usta cüdoçularımız Avropa çempionatında daha iki medal qazandılar

5.jpg

 

     Usta cüdoçulardan ibarət yığma komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında daha iki medal qazanıblar. 

Yarışların üçüncü günündə komandamızın üzvlərindən Vüsal Kərimov (M2, -66 kq) və Elçin Məmmədov (M2, -100 kq) bürünc medala sahib çıxıblar. 
Bununla da veteran cüdoçularımızdan ibarət komandamızın qitə çempionatında qazandığı medalların sayı 10-a (3 qızıl, 7 bürünc) çatıb. 
Qeyd edək ki, iyunun 9-dək davam edəcək yarışda 35 ölkədən 728 (609 kişi, 119 qadın) cüdoçu mübarizə aparır. Veteranlardan ibarət komandamız yarışda 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunur.

Oxunma sayı: 91 2024-06-08 22:10:16