Liqa yarışının ilk turunda 2 medal

2.jpg

 

Fevral 21-22-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının I turu keçirilib. 
94 klub və idman cəmiyyətindən olan 541 (452 oğlan, 89 qız) cüdoçunun mübarizə apardığı yarışda "Judo Club 2012" klubunun üzvləri də qüvvələrini sınayıblar. Klubun yetirmələri turniri 1 gümüş və 1 bürünc medalla başa vurub. Rəfiqə Ələkbərova (-63 kq) gümüş, Türkan Əlizadə (-48 kq) isə bürünc medala sahib olub. 
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi nəzərdə tutulur ki, bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına mühüm rol oynayacaq.

Oxunma sayı: 2 2026-02-23 15:29:45