Avropa Kubokunda bürünc medal - “Judo Club 2012”dən növbəti uğur 

2.jpg

 

Aprelin 12-13-də Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçirilib. 15 ölkədən 340 (208 oğlan, 132 qız) idmançının iştirak etdiyi nüfuzlu yarışda Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.
Azərbaycan yığmasının tərkibində ölkəmizi təmsil edən “Judo Club 2012”nin üzvü  Zeyd Ələsgərov uğurlu nəticə ilə yadda qalıb. -60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bürünc medal qazanıb.
Xatırladaq ki, Zeyd Ələsgərov bu il ölkədaxili yarışlarla yanaşı, həmçinin Slovakianın Samorin şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda qızıl medal qazanıb. Bu nəticələr klubumuzun idmançılarının hazırlıq səviyyəsinin göstəricisidir.
Qeyd edək ki, Azərbaycan komandası Tbilisi sınağını ümumilikdə 1 gümüş və 4 bürünc medalla başa vurub. Millimizin heyətində qızlar arasında Nərmin Ağamirzadə (-48 kq) gümüş, Xədicə Abdullayeva (-44 kq) və Leyla Ələkbərova (-48 kq) isə üçüncü yeri tutub. Oğlanların yarışında Zeyd Ələsgərovla yanaşı, -50 kq çəki dərəcəsində çıxış edən Rza Xəlilli Avropa Kubokunu bürünc medalla başa vurub. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında dördüncü yeri tutub.

Oxunma sayı: 65 2025-04-13 23:10:51