Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib.
Paytaxtın 69 klub və idman cəmiyyətini təmsil edən 490 (406 oğlan, 84 qız) cüdoçunun iştirak etdiyi yarışda "Judo Club 2012"nin idmançıları da mükafatçılar sırasında yer alıblar. Klubun təmsilçisi Rəsul Qasımov (-73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Klubun digər üzvləri Ayan Həsənli (44 kq) və Aysu Quliyeva (+70 kq) isə finaladək irəliləyərək gümüş medallara layiq görülüblər.
Beləliklə, “Judo Club 2012” Bakı şəhər birinciliyini 1 qızıl və 2 gümüş olmaqla ümumilikdə 3 medalla başa vurub.