"İstedadların seçimi" turnirində qızıl medal 

1.jpg

 

“Judo Club 2012” klubunun yetirməsi Ayan Həsənli cüdo üzrə "İstedadların seçimi" yarışının ikinci turunda uğura imza atıb. Abşeron Olimpiya İdman Kompleksində U-16 yeniyetmələr arasında keçirilən yarışda -44 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 
Qeyd edək ki, 67 klub və idman cəmiyyətindən 270 oğlan, 49 qız olmaqla 221 idmançı mübarizə aparıb. Yarışının keçirilməsində məqsəd yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasından ibarətdir. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.

Oxunma sayı: 11 2026-03-16 15:00:28