"Judo Club 2012" 8 medalla birinci oldu

7.jpg

 

İyulun 17-də Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında cüdo üzrə Liqa yarışlarının sonuncu - üçüncü turu keçirilib.

Yarışda 42 klub və idman cəmiyyətini təmsil edən 188 cüdoçu 7 çəki dərəcəsində mübarizə aparıb.

Baş məşqçi İmran İmanovun rəhbərliyi altında uğurlu çıxışını davam etdirən "Judo Club 2012" bu mərhələdə də yüksək nəticə göstərərək turniri 3 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.

Qızıl medalları Murad Muradlı (-60 kq), Hüseyn Allahyarov (-66 kq) və Süleyman Əliyev (-81 kq) qazanıblar. Tunar Fərzəliyev (-100 kq) gümüş medala sahib olub. Bürünc medallara isə Nazir Talıbov (-66 kq), İbrahim Əliyev (-73 kq), Emil Həşimov (-100 kq) və Qurban Məmmədli (+100 kq) layiq görülüblər.

Yarışı 8 medalla tamamlayan "Judo Club 2012" ümumi komanda hesabında birinci yeri tutub. Cüdoçularımız bununla da Liqa yarışlarının hər üç turunda komanda hesabında lider olaraq mühüm reytinq xalları qazanıblar.

Klubun uğurlarında Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərovun idmançılara göstərdiyi davamlı diqqət və qayğı, onların hazırlığı üçün yaradılan müasir məşq şəraiti mühüm rol oynayıb.

Qazanılan nəticələrdə, həmçinin klubun direktoru Fariz Mehdiyevin, baş məşqçi İmran İmanovun və məşqçilər heyətinin əməyi də xüsusi qeyd olunmalıdır. İdmançıların fiziki, texniki və taktiki hazırlığının peşəkar səviyyədə qurulması və yarışlara məqsədyönlü hazırlıq komandanın uğurlarını şərtləndirən əsas amillərdən olub.

Qeyd edək ki, kişilər arasında Liqa yarışının üçüncü turu mövsümün son mərhələsi olub. Yekun nəticələrə əsasən cüdoçuların reytinq siyahısı formalaşdırılacaq.

Oxunma sayı: 180 2026-07-18 10:52:29