Mayın 19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının ikinci turu keçirilib. 44 klub və idman cəmiyyətini təmsil edən 214 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Yarış "Judo Club 2012" klubu üçün son dərəcə uğurlu alınıb. Klubun cüdoçuları Liqa yarışının ikinci turunu 9 medalla (4 qızıl, 4 gümüş, 1 bürünc) başa vuraraq ümumi komanda hesabında birinci yeri tutublar.
Klubun üzvlərindən Babarəhim Mirzəyev (-60 kq), Hüseyn Allahyarov (-66 kq), Süleyman Əliyev (-81 kq) və Tunar Fərzəliyev (-100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medallara layiq görülüb.
Klubun digər yetirmələrindən Ayxan İslamlı (-60 kq), Fəqan Məmmədli (-73 kq), Kənan Məmmədli (+81 kq) və Fərid İsmayılov gümüş, Nurlan Kərimli (-73 kq) isə bürünc medala sahib çıxıb.
Həmçinin, klubun üzvü Əsəd Əsgərov (+100 kq) beşinci yeri tutaraq “Judo Club 2012”nin aktivinə mühüm reytinq xalları qazandırıb.
Qeyd edək ki, bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.