"Judo Club 2012" Azərbaycan çempionu oldu

4.jpg

 

Aprelin 20-də Abşeron Olimpiya İdman Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Azərbaycan İdman Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən  yarışda respublikanın 36 klub və idman cəmiyyətindən müxtəlif yaş kateqoriyası üzrə 103 kişi idmançı qüvvəsini sınayıb.

"Judo Club 2012" klubunun usta cüdoçuları da çempionatda uğurla çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. 
Klubun üzvlərindən Qurban Məmmədli (M-2, +100 kq), Babək Hacıyev (M-4, -60 kq) və Vüqar Bağırlı (M-5, +100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

M-4 yaş kateqoriyasında mübarizə aparan Valeriy Fomin -100 kq çəkidə gümüş medala sahib çıxıb. 

Mahir Abbasov (M-1, -90 kq), Əli Həsənov (M-3, 60 kq) və Xəqani Kazımov (M-4, -90 kq) isə bürünc medala layiq görülüb. Yarışı 7 medalla başa vuran "Judo Club 2012" klubu ümumi komanda hesabında Azərbaycan çempionatının qalibi olub. 

Yarışın keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması, Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdən ibarət olub.

Qeyd edək ki, uğur qazanan idmançılar Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti və “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təsis etdiyi klubda məşq edirlər.

Oxunma sayı: 7 2026-04-21 20:17:58