“Judo Club 2012” klubunun yetirməsi beynəlxalq turnirin qalibi oldu

1.jpg

 

Polşanın Krakov şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

U-18 yaş kateqoriyasında mübarizə aparan Azərbaycan komandası turnirdə  7 (3 qızıl, 2 gümüş, 2 bürünc medal) qazanıb. Mükafatçılar sırasında “Judo Club 2012” klubunun yetirməsi Ömər Atayev (-81 kq) də yer alıb. Klubun perspektivli idmançısı bütün rəqiblərinə qalib gələrək fəxri küsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası bu nəticə ilə ümumi komanda hesabında birinci yeri tutub.

Oxunma sayı: 19 2026-08-31 14:01:03