"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər

7.jpg

 

Mingəçevirdə keçirilən U-14 və U-17 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə cüdo region birinciliyi "Judo Club 2012"nin bölgə təmsilçiləri üçün uğurlu nəticələrlə yadda qalıb.

Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda  klubun idmançıları 1 qızıl və 3 gümüş medal qazanıblar. U-17 yaş kateqoriyasında klubun Sabirabad filialının yetirməsi Arif Qədirov (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. "Judo Club 2012 Sabirabad"ın digər təmsilçilərindən Zəhra Məmmədli (-48 kq) və Amin Əlizadə (-55 kq) isə çıxışını gümüş medalla başa vurub.

U-14 yaş kateqoriyasında isə Leyla Tağızadə (44 kq, "Judo Club 2012 Saatlı") gümüş medala sahib olub. 

Qeyd edək ki, yarışın əsas məqsədi yeniyetmə cüdoçu bazasının formalaşdırılması, ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıların müəyyənləşdirilməsi, eləcə də milli komandaya seçim üçün reytinq xallarının əldə olunmasından ibarət olub. 

Xatırladaq ki, bu ildən etibarən "Judo Club 2012"nin paytaxtla yanaşı, Sabirabad və Saatlı filialları da fəaliyyət göstərir. Sabirabad filialında idmançıların hazırlığı məşqçi İsmayıl Mehralıyev, Saatlı filialında isə məşqçi Əli Sadıqlının rəhbərliyi altında həyata keçirilir.

Oxunma sayı: 36 2026-07-16 21:35:31