“Judo Club 2012”nin cüdoçuları Türkiyədən 15 medalla qayıdıblar

10.jpg

 

Türkiyənin Fethiye şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycan komandasının tərkibində “Judo Club 2012” klubunun yetirmələri də iştirak ediblər.

Klubun məşqçiləri Zaur Paşayev və İntiqam Ələkbərovun rəhbərliyi ilə yarışa qatılan cüdoçulardan 15-i mükafatçılar sırasında yer alıb. “Judo Club 2012” turniri 1 qızıl, 4 gümüş və 10 bürünc medalla başa vurub.

Cüdoçularımızdan -55 kq çəki dərəcəsində çıxış edən Hacı Abbasov bütün görüşlərdə inamlı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Altay Məmmədov (-30 kq), Rəşid Musayev (-38 kq), Sona Rzayeva (-57 kq) və Məhəmməd Ağayev (-73 kq) isə gümüş medal əldə ediblər.

Digər cüdoçularımızdan Ağacəfər İsmayılzadə və Xəlil Səlimzadə (hər ikisi -38 kq), Havis Nəsirov və Aydın İsrafilov (hər ikisi -42 kq), Şahin Muradov (-50 kq), Əli Məmmədov və Nihad Abbaslı (hər ikisi -55 kq), Əlican Ələkbərov, İlham Kərimov (hər ikisi -60 kq) və Natiq Zamanov (-81 kq) bürünc medal qazanaraq komandanın uğuruna töhfə veriblər.

Oxunma sayı: 5 2026-04-27 11:29:04