“Judo Club 2012”nin gənc cüdoçusu Avropa çempionu oldu

8.jpg

 

İli uğurlu nəticələrlə davam etdirən “Judo Club 2012”nin nailiyyətlərinə daha biri əlavə olunub. Belə ki, klubun istedadlı idmançısı İslam Rəhimov İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

-66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz əvvəlcə xorvatiyalı Kristian Butuçini, ardınca fransalı Aleksi Renarı, yarımfinalda isə erməni əsilli ukraynalı Qaqik Martirosyanı məğlub edərək finala vəsiqə qazanıb.

Həlledici qarşılaşmada Niderland təmsilçisi Yoxem van Hartenlə üz-üzə gələn idmançımız rəqibini ipponla üstələyib. Bu qələbə ilə Avropa çempionu tituluna sahib çıxan cüdoçumuz Neapolda Azərbaycan himnini səsləndirib. 
Bu, İslam Rəhimovun U-23 Avropa çempionatında ardıcıl ikinci qızıl medalıdır.

Klubumuzun yetirməsi ötən il də eyni çəki dərəcəsində Avropa çempionu adını qazanmışdı. Maraqlı məqam ondan ibarətdir ki, 2025-ci ildə olduğu kimi, bu dəfə də finalda onun rəqibi Yoxem van Harten olub.

Oxunma sayı: 9 2026-10-30 22:06:39