"Judo Club 2012"nin idman direktoru İstanbulda BCF-in seminarında iştirak edəcək

0.jpg

 

     Dekabrın 14-15-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) cüdoda yeni qaydalarla bağlı seminarı keçiriləcək.

Dünyanın tanınmış cüdo mütəxəssislərinin iştirak edəcəyi tədbirə Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə yanaşı, yığma komandanın məsqçiləri və hakimləri də qatılacaq. İki gün davam edəcək seminarda "Judo Club 2012"nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov da iştirak edəcək.

Seminar zamanı bir neçə qaydalara dəyişikliklərlə bağlı müzakirələr aparılacaq. Bunların arasında "yuko" xalının və ayaqdan tutmaların geri qaytarılması gözlənilir. 

Oxunma sayı: 251 2024-12-13 21:27:55