“Judo Club 2012”nin usta cüdoçusu Avropa çempionatından gümüş medalla qayıdıb

4.jpg

 

Oktyabrın 22-25-də Portuqaliyanın Portiman şəhərində usta cüdoçular arasında Avropa çempionatı keçirilib.

33 ölkədən 1215 (964 kişi, 251 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 15 kişi cüdoçu ilə təmsil olunub.

Komandamız qitə çemionatını 1 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurub. Mükafatçılar sırasında “Judo Club 2012”nin üzvü Babək Hacıyev də yer alıb. M5 yaş kateqoriyasında -60 kq çəki dərəcəsində çıxış edən idmançımız gümüş medal qazanıb.

Qızıl medalı isə komandamıza Fərhad Rəcəbli (-90 kq) M8 yaş kateqoriyasında qazandırıb. Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib. 

Komandamızın digər üzvlərindən M4 yaş kateqoriyasında Elşən Kərimov (-60 kq) gümüş, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) isə bürünc medala sahib çıxıb. 

Oxunma sayı: 10 2026-10-27 11:18:29