“Judo Club 2012”nin yetirməsi Murad Fətiyev İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində təşkil olunan Super Kubokda uğurlu çıxış edib.
Turnirdə fərqli çəkidə, -100 kq-da mübarizə aparan klubumuzun təcrübəli idmançısı bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.
Yarışda, həmçinin Azərbaycan millisinin digər üzvü Zelim Tçkayev (-90 kq) də uğurla çıxış edərək qızıl medala layiq görülüb.
Qeyd edək ki, Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışına avqustun 22-də yekun vurulacaq.