"Judo Club 2012"nin üzvü mükafatçılar sırasında

1.jpg

 

"Judo Club 2012" klubunun cüdoçusu Məsumə Məmmədli Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən Türingiya Kubokunda uğur qazanıb. 
Martın 21-də keçirilən turnirdə U-18 yaş kateqoriyasında mübarizə aparan cüdoçumuz -70 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. 
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb. 32-ci dəfə təşkil olunan ənənəvi yarışda qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Oxunma sayı: 9 2026-03-23 11:24:01