“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında

4.jpg

 

Türkiyənin Ankara şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib. Çankırı vilayətində təşkil olunan yarışda 14 ölkədən 1700-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Beynəlxalq turnirdə Azərbaycan komandasının heyatində “Judo Club 2012”nin yetirmələri də iştirak ediblər. Klubun baş məşqçisi İmran İmanovun rəhbərliyi altında tatamiyə çıxan cüdoçularımız uğurlu nəticə ilə yadda qalıblar.
Belə ki, İsmayıl Rüstəmli (-38 kq) və  Gövhər Hüseynova (-48 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb. 

Qeyd edək ki, hər iki cüdoçu “Judo Club 2012”nin baş məşqçisi İmran İmanovun yetirməsidir.

Oxunma sayı: 20 2026-08-26 12:41:24