Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının sonuncu - üçüncü turuna yekun vurulub.
İyulun 29-dan 31-dək Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə 83 klub və idman cəmiyyətindən 548 cüdoçu (433 oğlan, 115 qız) iştirak edib.
"Judo Club 2012"nin yeniyetmələri yarışda uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıblar.
Klubun yetirmələrindən Ayan Həsənli (-44 kq) və Rəsul Qasımov (-73 kq) bütün rəqibləri üzərində möhtəşəm qələbə qazanaraq qızıl medala layiq görülüb.
"Judo Club 2012"nin digər üzvlərindən Aysu Quliyeva (+70 kq) ikinci, Ömər Atayev (-81 kq) isə üçüncü yeri tutub.