"Judo Club 2012" klubunun cüdoçusu Ayan Həsənli Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Cüdo Ümidləri Turnirində qızıl medal qazanıb.
U-16 yaş qrupunda çıxış edən klubun istedadlı idmançısı -48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, iyulun 25-26-da Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 ölkədən 81 klubun 289 (245 oğlan, 44 qız) yeniyetmə cüdoçusu qüvvəsini sınayıb.
U-14 və U-16 yaş kateqoriyalarında keçirilən yarış Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir.