Fevralın 7-8-də Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu keçirilib.
İki gün davam edən yarışda "Judo Club 2012" klubunun üzvləri də iştirak ediblər. Klubun yetirmələrindən Ömər Atayev -81 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Qeyd edək ki, 71 klub və idman cəmiyyətindən 285 idmançının (244 oğlan, 41 qız) iştirak etdiyi yarışının keçirilməsində əsas məqsəd yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.