“Judo Club 2012”nin yetirməsi “İstedadların seçimi”ndə fərqləndi

1.jpg

 

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu keçirilib. 
64 klub və idman cəmiyyətindən 265 idmançının (222 oğlan, 43 qız) mübarizə apardığı yarışda “Judo Club 2012” klubun idmançıları da mübarizə aparıblar. Klubun üzvlərindən Ömər Atayev -81 kq çəki dərəcəsində gümüş medala sahib olub. 
Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasından ibarətdir. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

Oxunma sayı: 9 2026-03-09 20:13:07