Liqa yarışında bürünc medal

1.jpg

 

"Judo Club 2012" klubunun yetirməsi Türkan Əlizadə cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turunun mükafatçıları sırasında yer alıb. 
Aprelin 18-19-da Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda yarışda -48 kq çəki dərəcəsində mübarizə aparan Türkan bürünc medala sahib çıxıb. 
Qeyd edək ki, turnirdə 89 klub və idman cəmiyyətindən 529 (437 oğlan, 92 qız) idmançı mübarizə aparıb. 
Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır.  Bu turnirlər idmançıların reytinq cədvəlinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır

Oxunma sayı: 11 2026-04-24 19:51:35