Aprelin 15-17-də Abşeron Olimpiya Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçirilib.
95 ölkədən 595 (486 oğlan, 109 qız) cüdoçunun mübarizə apardığı yarışda "Judo Club 2012" klubunun üzvləri də qüvvələrini sınayıblar. Klubun yetirmələri yarışı iki medalla başa vurublar.
Qızlar arasında -44 kq çəki dərəcəsində çıxış edən Ayan Həsənli bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Klubun aktivinə növbəti medalı isə Aysu Quliyeva yazdırıb. +70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gümüş medal sahib çıxıb.