Göygöl Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarının cüdo üzrə fərdi yarışları Azərbaycan komandası üçün uğurlu nəticələrlə yadda qalıb.
Ötən gün U-17 yaş qrupunda təşkil olunan yarışlarda “Judo Club 2012” klubunun gənc idmançısı Tunar Fərzəliyev +90 kq çəki dərəcəsində fərqlənməyi bacarıb. O, mötəbər turnirdə bürünc medal qazanaraq həm klubun, həm də ölkəmizin medal sevincinə öz töhfəsini verib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları III MDB Oyunlarının fərdi yarışlarını 5 qızıl, 7 gümüş, 9 bürünc medalla başa vuraraq ümumi komanda hesabında ikinci, qızların yarışında isə üçüncü yeri tutub.