Murad Fətiyev Avropa çempionatında bürünc medal qazandı

6.jpg

 

     "Judo Club 2012”nin yetirməsi Murad Fətiyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında uğurla çıxış edərək bürünc medal qazanıb.
-90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 finaldan start verib və ilk qarşılaşmasında Beynəlxalq Cüdo Federasiyasını (IJF) təmsil edən Aleksandr Sidoriki məğlub edib. Daha sonra serbiyalı İslam Soqenova və gürcüstanlı Luka Maysuradzeyə qalib gələrək yarımfinala yüksəlib. Təəssüf ki, o, bu mərhələdə italyalı Kristian Parlatiyə uduzub.
Lakin idmançımız bürünc medal uğrunda görüşdə fransalı Aleksis Matyeyə ipponla qalib gələrək Avropa üçüncüsü adına layiq görülüb.
Qeyd edək ki, bu medal Azərbaycan yığmasının Avropa çempionatında qazandığı dördüncü mükafatdır. Daha əvvəl Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq) və Zelim Tçkayev (-81 kq) də bürünc medalla ölkəmizi sevindiriblər.
Xatırladaq ki, Murad Fətiyev bu yaxınlarda Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kubokunda qızıl medal qazanmışdı.

Oxunma sayı: 21 2025-04-25 20:48:17